YLE

YLE

Young Learners English imtahanları

Young Learners English (YLE) -  7-12 yaş arası şagirdlər üçün nəzərdə tutulan xüsusi ingilis dili imtahanlarıdır. Bu imtahanlar şagirdlərin kiçik yaşlarından ingilis dilini öyrənməyə olan marağını artırır.

YLE imtahanlarının faydaları:

  • Şagirdlərin ingilis dilinə olan həvəs və marağını artırmağın ən yaxşı yoludur.
  • Şagirdlərin ingilis dilini beynəlxalq ünsiyyət vasitəsi kimi yiyələnməsinə əsaslı zəmin yaradır.
  • Valideynlər üçün övladlarının ingilis dilini öyrənməklə bağlı nailiyyətlərin sübutudur.

YLE imtahanlarının xüsusiyyətləri:

  • Çətinlik dərəcəsinə görə üç səviyyədə təşkil olunan Young Learners English (YLE) imtahanları  (Starters, Movers, Flyers) şagirdlərin ingilis dilini hansı dərəcədə bildiyini dəqiq müəyyən etməyə kömək edir.
  • İmtahanlar qısa müddətli olduğuna görə şagirdləri yormur və onlarda zehni gərginlik yaratmır.
  • Şagirdlərin yaşına uyğun seçilmiş mövzular və maraqlı formada hazırlanmış tapşırıqlar (rəngləmək, şəkil çəkmək, uyğunlaşdırmaq və s.) onlara imtahanlardan yaxşı nəticə əldə etməyə yardım edir.
  • İmtahanı əhatə edən mövzular şagirdlərin real həyatda tez-tez qarşılaşdığı mövzulardır və buna görə də imtahanlar şagirdlər üçün həm asan, həm də maraqlı olur. 

YLE imtahanının strukturu

Oxu və yazı – Starters: 20 dəqiqə; Movers: 30 dəqiqə; Flyers: 40 dəqiqə

Dinləmə - Starters: 20 dəqiqə; Movers və Flyers: 25 dəqiqə

Danışıq –Starters: 3-5 dəqiqə; Movers: 5-7 dəqiqə; Flyers: 7-9 dəqiqə

YLE imtahanı barəsində faktlar

  • Dünyanın 70-dən çox  ölkəsində məktəblər öz şagirdləri üçün bu imtahanları təşkil edir.
  • İmtahanlar Ümumi Avropa Dil Bacarıqları Şkalası (CEFR) əsasında hazırlanır.
  • Bütün imtahan sualları Kembricdə hazırlanır və sınaqdan keçirilir.
  • İmtahan verən bütün şagirdlər sertifikat əldə edir. Sertifikatda şagirdin hər bir dil bacarığı üzrə bilik səviyyəsi ayrı-ayrı qeyd olunur.

YLE Sertifikatı

YLE imtahanı verməklə övladınızın əldə etdiyi sertifikat 12 yaşınadək qüvvədədir. Övladınız 12 yaşına çatıbsa növbəti Cambridge English imtahanlarına qatılmaqla öz dil biliklərini yoxlaya bilər.