"Karyera Dəyişikliyi Proqramı"

"Karyera Dəyişikliyi Proqramı"

“Karyera Dəyişikliyi Proqramı”

Rus bölməsi üzrə məktəbəqədər təhsil sahəsində çalışmaq istəyənlərin nəzərinə!

 

“Peşəkar Təlim və İnkişaf Mərkəzi” məktəbəqədər təhsil sahəsində çoxillik təcrübəyə və peşəkar işçi heyətinə malik “Kaspi” Təhsil Şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Karyera Dəyişikliyi Proqramı”na müraciətlərin qəbulunu elan edir.

Proqramın məqsədi müxtəlif peşə və ixtisaslara malik, lakin gələcəkdə məktəbəqədər təhsil sahəsində çalışmaq istəyən şəxslərin müvafiq bilik və bacarıqlara yiyələnməsinə dəstək olmaqdır.

Əgər sizin orta və daha yüksək səviyyədə rus dili biliyiniz və hər hansısa sahə üzrə ali və ya orta ixtisas təhsiliniz varsa, eləcə də gələcək karyeranızı məktəbəqədər təhsil sahəsində davam etdirmək istəyirsinizsə, bu Proqram sizin üçündür.

 

“Peşəkar Təlim və İnkişaf Mərkəzi” və “Kaspi” Təhsil Şirkətinin razılaşmasına əsasən iştirakçılar 3 aylıq nəzəri və praktiki təlim proqramının sonunda qiymətləndirmə nəticəsinə əsasən “Kaspi” Təhsil Şirkətində işlə təmin olunma imkanı da əldə edəcəklər.

 

Proqram barədə məlumat:

  • Müddət  – 3 ay
  • İştirakçı sayı – 25 nəfər
  • İştirak haqqı – 150 AZN
     

Proqrama seçilmək üçün tələblər:

  • Orta və ya daha yüksək səviyyədə rus dili biliyi
  • Ali və ya orta ixtisas təhsili
  • Azyaşlı uşaqlarla işləmək istəyi və həvəsi
     

Proqrama iştirakçıların seçimi müsahibə yolu ilə aparılacaq. Seçim prosesində ən yüksək nəticə göstərmiş 5 nəfər Proqramda ödənişsiz iştirak etmək imkanı əldə edəcək.

 

Sonda Proqramı uğurla başa vurub “Kaspi” Təhsil Şirkətində işlə təmin olunan şəxslərə Proqram üzrə ödənilmiş tam məbləğ (150 AZN) geri qaytarılacaq.

 

Maraqlananlar https://www.kaspi.edu.az/program/ keçidinə daxil olaraq Karyera Dəyişikliyi Proqramı seçməklə qeydiyyatdan keçə bilər.

 

Son müraciət tarixi: 25.02.2020

“Программа смены карьеры”

К сведению желающих работать в сфере дошкольной подготовки в русском секторе!

 

“Центр профессионального Обучения и Развития” в рамках сотрудничества с Образовательной Компанией “Kaspi”, имеющий многолетний опыт в сфере дошкольной подготовки и профессиональный рабочий коллектив, объявляет приём обращений на совместно организованную “Программу смены карьеры”.

Цель программы помочь овладеть соответствующими знаниями и умениями лицам, имеющие различные профессии и специальности, но желающие в будущем работать в сфере дошкольного образования.

Если вы владеете русским языком на среднем или выше среднего уровне, имеете высшее или среднее специальное образование в какой-либо сфере, а также желаете продолжить будущую карьеру в сфере дошкольного образования, то эта Программа именно для вас!

 

По соглашению “Центра профессионального Обучения и Развития” и Образовательной Компании “Kaspi” участвующие соответственно результатам оценивания в конце

3-хмесячного теоретического и практического курса обучения данной программы также получат возможность устроиться на работу в Образовательную Компанию “Kaspi”.

 

Информация о программе:

  • Продолжительность  – 3 месяца
  • Количество участвующих  – 25 человек
  • Цена участия в программе – 150 AZN
     

Требования к желающим участвовать в программе:

  • Знания русского языка на среднем или выше среднего уровне.
  • Высшее или среднее специальное образование.
  • Желание и стремление работать с детьми младшего возраста.
     

Отбор участвующих в программе будет проводиться на конкурсной основе. 5 человек, показавшие самые высокие результаты в процессе отбора,  получат возможность участвовать в Программе бесплатно.

 

Лицам, успешно закончившим Программу и получившим работу в Образовательной Компании “Kaspi”, в конце Программы полная сумма их оплаты (150 AZN)  возвращается.

 

Интересующиеся могут зарегистрироваться по ссылке http://kaspi.edu.az/program/ 
выбрав Программу смены карьеры.

 

Последний срок регистрации: 25.02.2020