CELT-P (Certificate in English Language Teaching – Primary)

CELT-P (Certificate in English Language Teaching – Primary)

CELT-P (Certificate in English Language Teaching – Primary)
CELT-P təlimlərində iştirak etməklə ibtidai siniflərə ingilis dilini tədris edən müəllimlər özlərinin pedaqoji bacarıqlarını inkişaf etdirə və bir müəllim kimi özlərinə olan inamlarını artıra bilərlər. Bu təlim 6-12 yaşlı şagirdlərə dil öyrədən müəllimlər üçün nəzərdə tutulmuş praktiki müəllimlik kvalifikasiyadır. 
Bu təlim müəllimlərə ingilis dilinin xarici dil kimi tədrisi ilə bağlı əsas çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək strategiyaları mənimsədir. Bu tip çətinliklərə geniş siniflərdə şagirdlərin dinləmə və danışıq bacarıqlarının inkişaf etdirilməsi nümunə gətirilə bilər. 
İştirakçı müəllimlər onlayn dərslər, əyani təlim və dərs müşahidəsi vasitəsilə öz pedaqoji bilik və bacarıqlarını inkişaf etdirirlər. 

Təlimin formatı: onlayn kurs, dərs keçmək təcrübəsi və təlim sessiyaları
Qiymətləndirilmə: Yazılı imtahan (TKT YL), dərs keçmək təcrübəsi