Business English

Business English

Business English nədir?

Business English ingilis dilinin biznes sahəsində istifadə olunan xüsusi bir qoludur. İlbəil daha çox insan öz ölkələrində iş tapmaqla bağlı imkanlarını artırmaq, karyera irəliləyişə nail olmaq və ingilis dilli ölkələrdə işləyə bilmək məqsədiylə Business English kurslarında iştirak edir. 

Business English kursunda siz nə öyrənəcəksiniz?

Business English kursunda siz biznes sahəsində istifadə olunan lüğət bazasına yiyələnəcək və bu bazadan istifadə etmək üçün müxtəlif biznes tapşırıqlarını yerinə yetirəcəksiniz (məsələn, ingilis dilində biznes yazışmalarını həyata keçirmək, təqdimatlar hazırlamaq və ya ünsiyyət qurmaq). Digər mövzulara iclasların idarəsi, fikir mübadiləsinin aparılması, iş profillərinin anlaşılması, marketinqlə bağlı söz bazası, məktub və emaillərin yazılması daxildir.

Nə üçün Business English kursu vacibdir?

1. Karyera imkanlarınızı artıra bilərsiniz.

İngilis dili bütün dünyada biznes, ticarət, siyasət və beynəlxalq qanunun universal dilidir. Business English-i öyrənənlərin əksəriyyəti öz ölkələrində iş imkanlarını genişləşdirmək istəyənlərdir. Bir çox şirkətlər öz işçilərinin ingilis dili bacarıqlarını inkişaf etdirməkdə maraqlıdırlar və bu məqsədlə onları dil kurslarına yönləndirirlər.

2. Başqa ölkələrdə işləyə bilərsiz.

Business English-i öyrənmək üçün ikinci əsas səbəb Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Kanada və Avstraliya kimi ingilis dilli ölkələrdə yaşamaq və işləməkdir. Əgər ingilis diliniz Advanced və ya Upper Intermediate səviyyəsindədirsə, bu tip ölkələrdə sizin üçün iş imkanları genişdir.

WhatsApp