TKT (Teaching Knowledge Test) Təlimləri

TKT (Teaching Knowledge Test) Təlimləri

Mərkəzimiz mütəmadi olaraq TKT imtahanının bütün modulları üzrə təlimlər təşkil edir. Təlimlərin təşkilində məqsəd namizədlərin imtahanlara effektiv və hərtərəfli hazırlaşmasını təmin etməkdir. Təlimlər həftədə 2 dəfə keçirilməklə 8 həftə davam edir. Təlimlərin 6-ci həftəsinin sonunda iştirakçılar üçün sınaq imtahanları təşkil olunur. Sınaq imtahanlarının nəticələri namizədlərlə ətraflı şəkildə müzakirə olunur və onlara öz imtahan göstəricilərini artırmaqla bağlı tövsiyə və məsləhətlər verilir. Təlimlərin 8-ci həftəsinin sonunda iştirakçılar hazırlaşdıqları modula müvafiq olan rəsmi TKT imtahanına qatılır.