Haqqımızda

Haqqımızda

“Peşəkar Təlim və İmtahan Mərkəzi” 2015-ci ilin avqust ayında “Peşəkar Təlim və İnkişaf Mərkəzi” adı altında fəaliyyətə başlayıb. Bu mərkəz Böyük Britaniyanın Kembric Universitetinin bir hissəsi olan Cambridge Assesment English təşkilatının Azərbaycandakı rəsmi nümayəndəliklərindən biridir. Cambridge Assesment English təşkilatı dünyanın 131 ölkəsində ingilis dilinin tədrisi və mənimsənilməsi üzrə beynəlxalq imtahanların keçirilməsi ilə məşğuldur. Bu təşkilatın verdiyi sertifikatlar dünyanın bir çox ölkələrində 10 mindən çox təhsil müəssisələri və iş yerləri tərəfindən tanınır.

Eyni zamanda “Peşəkar Təlim və İmtahan Mərkəzi” müəllimlərin peşəkarlığının artırılması, şagird və tələbələrin dil biliklərinin qiymətləndirilməsi istiqamətində Kaspi Təhsil Şirkəti ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Bununla yanaşı, xaricdə təhsil almaq arzusunda olan şagird və tələbələrin konsultasiya və sənədləşmə məsələləri ilə bağlı Kaspi Qlobal Şirkəti ilə əməkdaşlıq edirik.