Xəbərlər

IELTS imtahanına əcnəbi müəllimlə hazırlaş!

IELTS imtahanına əcnəbi müəllimlə hazırlaş!

12.11.2019
IELTS imtahanına əcnəbi müəllimlə hazırlaş!
PTİM dekabr ayından etibarən IELTS imtahanında iştirak etmək
istəyən namizədlər
üçün əcnəbi müəllimlə IELTS və Business English təlimlərinə
başlayır. Ölkəmizdə
yüzlərlə IELTS və Business English təlimlərinə qoşulmaqla bağlı
müraciətlər olur.
Müraciət edənlərin əksəriyyəti ya Britaniya universitetlərində və
onun
hüdudlarından kənarda təhsil almaq, ya da iş tapmaqla bağlı
imkanlarını
artırmaq, karyeralarında irəliləmək və ingilis dilli ölkələrdə işləyə
bilmək
məqsədilə Business English kurslarında iştirak edir.
Təlimlərə başlamazdan öncə iştirakçılar öz ingilis dili səviyyəsini
müəyyən etmək üçün kursun ilk günündə yazılı testdən
keçməlidirlər. Tələbələr kursda oxumaq üçün ingilis dilində
Intermediate səviyyəsinə malik olmalıdırlar.