Xəbərlər

Peşəkar Təlim və İmtahan Mərkəzi "Sertifikatların Təqdimatı" adlı tədbir keçirdi

Peşəkar Təlim və İmtahan Mərkəzi "Sertifikatların Təqdimatı" adlı tədbir keçirdi

19.10.2019

Peşəkar Təlim və İmtahan Mərkəzi sertifikatların təqdimatını etdi.

Peşəkar Təlim və İmtahan Mərkəzi 19 oktyabr 2019-cu il tarixində “Sertifikatların təqdimatı” adlı tədbir keçirdi. Tədbir 2019-cu ilin yekunu olaraq bu il ərzində Kembric imtahanlarında və təlimlərində iştirak edən namizədlərin sertifikatlarının təqdimatı münasibəti ilə keçirildi.

Tədbiri ilk olaraq PTİM direktoru Xalidə İsayevaya açıq elan etdi. Xalidə xanım mərkəzin indiyə qədər ki fəaliyyətindən söz açıb, qonaqlara xoş saatlar arzuladı. PTİM-in imtahan koordinatoru Şəhla Quliyeva çıxışında mərkəzin fəaliyət göstərdiyi 4-il ərzində 500-dən çox şəxsin imtahanının təşkil olunduğunu və imtahanların həm yerli həm də xarici ekspertlər tərəfindən müsbət qarşılandığını bildirdi.

 

Tədbirin ilərləyən dəqiqələri imtahanların əhəmiyyətini göstərən video çarxların təqdimatı və sertifikatların verilməsi ilə yadda qaldı. Tədbirdə ötən il təşkil olunan CELTA təlimi iştirakçılarıda sertifikatla təltif olundu.

 Qeyd edək ki, PTİM-in ev sahibliyi etdiyi tədbirə həm təlim və imtahanlarda iştirak edən müəllim və şagirdlər, həm də PTİM-in əməkdaşları qonaq qismində iştirak edirdilər. 4 il bundan öncə fəaliyyətə başlamış PTİM həm Cambridge Assessment English-in Azərbaycandakı yerli nümayəndəsi, həm də Iqtisadi Inkişaf Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir.

Bu fəaliyyət dövrü ərzində mərkəzin təşkil etdiyi imtahan və təlimlərdə 1500-dən çox müəllim və şagird iştirak etmişdir. PTİM ilk fəaliyyətə başladığı gündən müxtəlif mərkəz və liseylərlə əməkdaşlığa imza atmışdır. Mərkəzin ən böyük əməkdaşı Kaspi Təhsil Şirkəti və bu şirkətə məxsus Kaspi Liseyləridir. Digər əməkdaşlar sırasına ELC pro, ITAC, Zirvə liseyi kimi mərkəzlər daxildir. Qeyd edək ki, artıq 3 ilə yaxındır adları qeyd edilən mərkəzlər Cambridge Assessment English-in yerli nümayəndəsi olan PTİM-lə olan əməkdaşlıqlarına əsasən Kembric imtahanlarına hazırlıq mərkəzi kimi fəaliyyət göstərirlər.